Çingiz Hüseynovun vəfatı ilə bağlı NEKROLOQ

Diasporla İş üzrə Dövlət Komitəsi İsraildə yaşayan yazıçı Çingiz Hüseynovun vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda deyilir: “Görkəmli Azərbaycan yazıçısı, Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri Çingiz Hüseynov ömrünün 94-cü ilində dünyasını dəyişib.  Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Nasir, tənqidçi, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi kimi fəaliyyət göstərən görkəmli yazıçı Lomonosov adına Moskva Dövlət Universitetininin filologiya fakültəsini bitirib. 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), əməkdar incəsənət xadimi Çingiz Hüseynov əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazıb. Qeyd edək ki, XX əsr Azərbaycan bədii fikrinin aparıcı simalarından olan Çingiz Hüseynov uzun illərdir İsraildə yaşayırdı. Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və oxucularına dərin hüznlə başsağlığı verir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]