Bakıya QAR bu tarixlərdə yağacaq – SON DƏQİQƏ açıqlaması

“Dünən gün ərzində yağıntılı hava şəraiti müşahidə olundu. Bəzi yerlərdə sulu qarın yağması da qeydə alındı. Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, mülayim cənub küləyi əsəcək. Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə təsiri nəticəsində yanvarın 13-ü gündüzdən başlayaraq 15-dək Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti gözlənilir”.

Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bəzi yerlərdə qara, sulu qara keçəcək:

“Havanın temperaturunun bu günlərlə müqayisədə aşağı enəcəyi gözlənilir. Yanvarın 13-ü səhər saatlarından 14-ü səhərə qədər Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bölgələrə gəlincə, bu gün dağlıq və dağətəyi rayonlarda yağıntı gözlənilir, lakin gündüz saatlarında yağıntılarda fasilə olacaq.

Yanvarın 12-si axşamdan 15-dək qərb rayonlarında yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi yerlərdə qar, sulu qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakter daşıyacaq. Yanvarın 15-i səhər saatlarından yağıntıların kəsiləcəyi, gündüz saatlarının yağmursuz keçəcəyi gözlənilir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]