Məzahir Pənahovdan mediaya çağırış: Çatışmazlıqları araşdırın!

Mətbuat hər zaman çalışmalıdır ki, seçki proseslərini izləməklə yanaşı, seçki prosesindəki çatışmazlıqları da yaxından araşdırsın.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda seçki praktikasına nəzər salsaq, burada KİV-lər əsas rol oynayır: “Ona görə də KİV-lərlə keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir”.

M.Pənahov söyləyib ki, seçkilər demokratiyanın əsas meyarı hesab olunur: “Ona görə də bu prosesə kənar müdaxilələr edilməyə çalışılması sirr deyil. Bu baxımdan seçki prosesində hər kəs məsələlərə birinci vətəndaş instinkti ilə yanaşmalıdır. Vətən müharibəsindən sonra bir çox məsələlərin şahidi olduq. Hər birimiz bu məsələdə özümüzü məsuliyyətli tərəf kimi hiss etməli və ölkəmizə qarşı mənfi yanaşmaların qarşısının alınmasında əlimizdən gələni etməliyik”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]