Nadir Qafarzadədən sensasion açıqlama: “Təzə arvad budur”

Müğənni Nadir Qafarzadə instaqramda son paylaşdığı video ilə gündəm yaradıb.

Sənətçi mətbəxdə bir xanımla görüntülərini paylaşaraq evli olduqlarını deyib.

“Təzə arvad budu də. Əziz dostlar, həyat yoldaşımla tanış olun, bizə xoşbəxtlik arzulayın. İnşallah ki, hər şey yaxşı olar, həyatıma xoş gəldin, gülüm, aşkım”, – müğənni videoda xanımına bildirib.

Ulduzun bu sözlərini isə izləyiciləri birmənalı qarşılamayıb. Çoxları bunun zarafat olduğunu yazıb. Digərləri isə “Zarafat olsa belə ayıbdı, ailənizə qarşı hörmətsizlikdir” kimi fikirlər yazıblar.

Qeyd edək ki, Nadir Qafarzadənin həyat yoldaşı Sevinc xanımdan iki oğlu var.(Publika)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]