Bakının bu hissəsində “Hibrid Yaşıl Dəhliz” yaradılacaq

Hibrid Yaşıl dəhlizlər çoxfunksiyalı olacaqlar. Burada təkcə yaşıllıq nəzərdə tutulmur, insanların piyada hərəkəti, velosiped zolaqları təşkil olunur. Bu dəhlizlər vasitəsilə nəqliyyat və mühəndis kommunikasiyalarının ötürülməsi nəzərdə tutulur.

Bunu müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.

“Dənizkənarı Milli Parkdan “Port Baku”nun yerləşdiyi ərazidən başlayaraq ADA universitetinin ərazisinə qədər uzanan bir yaşıl dəhlizin yaradılması Baş Planda nəzərdə tutulur. Bu dəhlizdə paytaxt sakinlərinin istirahətini, əyləncəsini təşkil edən çoxlu sayda funksiya olacaq. Həmçinin oradan tramvay xəttinin keçirilməsi də planlaşdırılır. Digər istiqamətlər üzrə də Hibrid Yaşıl dəhlizlərin yaradılması planlaşdırılır, xüsusilə magistral avtomobil yolları boyu belə dəhlizlər nəzərdə tutulur”, – deyə sədr müavini əlavə edib ( Trend)

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]