Azərbaycan və Qazaxıstan XTQ-lərindən birgə təlim…

Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları və xüsusi təyinatlılarının iştirakı ilə “Birləşik-2024” taktiki təlimi keçiriləcək.

Bu barədə nazirlikdən məlumat verilib.

Təlimə hazırlıq çərçivəsində ölkəmizdə səfərdə olan qazaxıstanlı hərbi qulluqçular Azərbaycan HDQ-nin dəniz piyadaları və xüsusi təyinatlıları ilə birgə şərti terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın azad edilməsi, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi, eləcə də digər tapşırıqları məşq edəcəklər.

Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasında keçiriləcək taktiki təlimdə əsas diqqət qüvvələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldiləcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]