Rusiya klubları “Qarabağ”ın daha bir futbolçusunu istəyir?

“Qarabağ”ın meneceri Asif Asgərov Rusiyanın “Rubin” və “Krasnodar” klublarının Leandro Andrade ilə maraqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O, “Sport-Express”ə açıqlamasında kabo-verdeli yarımmüdafiəçi ilə bağlı kluba rəsmi təklif gəlmədiyini deyib: “Heç kim bizə Leandro ilə bağlı müraciət etməyib. Başqa klubların bizim komandadan hansısa futbolçunu izləməsi normaldır. Amma Andradeni almaq istəsələr, mütləq bizə müraciət edilməlidir. Çünki onun “Qarabağ”la müqaviləsi var”. Xatırladaq ki, Andradenin agenti Uqo Kadjuda Rusiya mediasına bildirib ki, “Rubin” və “Krasnodar” futbolçu ilə maraqlanır. Andrade bu mövsüm “Qarabağ”da 33 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib. Qeyd edək ki, daha öncə “Qarabağ”ın futbolçusu Kadi Borges Rusiyanın “Krasnodar” klubuna transfer olunmuşdu.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]