Azərbaycanlılar İrəvanda ev ala bilər? – Rəsmi

Azərbaycan və Türkiyə vətəndaşları standart prosedura uyğun olaraq Ermənistanda daşınmaz əmlak ala bilərlər.

Bunu Ermənistanın Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyan jurnalistlərin sualına cavabında deyib.

“Ölkəmizdə yalnız kənd təsərrüfatı torpaqları üçün daşınmaz əmlakın alınmasına məhdudiyyətlər var. Başqa dövlətlərin vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı torpaqlarını ala bilməzlər. Bütün digər hallarda prosedur eynidir. Hər kəs müraciət edib müvafiq müqaviləni imzalayaraq daşınmaz əmlak ala bilər”, – komitə rəsmisi bildirib.(Globalinfo)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]