Xankəndi şəhərində Qarabağ canilərindən biri Aşot Qulyanın abidəsi sökülüb.
Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı qapalı teleqram kanallarına istinadən “Aysor” portalı yayıb.“Bekor” ləqəbi ilə tanınan həmin şəxs 1992-ci ildə Xocalı, Hadrut, Əsgəran, Şuşa və bir sıra digər istiqamətlərdə döyüşlərdə iştirak edərək günahsız insanların ölümünə səbəb olub. Qulyanın heykəli Xankəndidə ermənilərin Bekor adı verdiyi parkda quraşdırılmışdı.