Paşinyanın bu bəyanatı alçaqlıqdır – Moskvadan sərt AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığına dair alçaq bəyanatla çıxış edib.

Bu barədə “NEWS.ru”ya açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı Viktor Sobolev deyib.

O, Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi bazasının olduğunu xatırladıb.

“Mən bu bəyanatdan şoka düşdüm, çünki Ermənistanda Rusiyanın hərbi bazaları – aviasiya bazası, bütöv bir diviziyası var. Və o, belə bir bəyanat verir. Görünür, tamamilə ABŞ-nin təsiri altına düşüb. Amerika da Mərkəzi Asiya istiqamətində, Uzaq Şərqdə, Şimal-Qərbdə anti-Rusiya fəaliyyətlərini gücləndirir. Bu, gözlənilən idi, lakin Paşinyan tərəfindən səsləndirilən bəyanat alçaqlıqdır”, – Sobolev qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]