Qazla dolu yük maşını partladı – 3 ölü, 200-dən çox yaralı

Keniyanın paytaxtı Nayrobidə qazla dolu yük maşınının partlaması nəticəsində azı 3 nəfər həlak olub, 200-dən çox insan isə yaralanıb.

Yanğın cümə axşamı Embakasi məhəlləsində baş verib.

Hökumət sözçüsü İsaak Mayqua Mvaura bildirib ki, yanğın yayılana qədər ətraf ərazilərdə xeyli sayda sakin olub. Hadisənin baş verdiyi ərazinin ətrafında olan çox sayda avtomobillər, yaşayış evləri, iş yerləri yanğın alovuna bürünüb. “Partlayış gecə saatlarında olduğu üçün xeyli sayda sakin hələ də ərazidədir. 222 nəfər paytaxtdakı müxtəlif xəstəxanalara çatdırılıb”, – deyə o bildirib.

Hazırda yanğının qarşısı alınsa da, yanğınsöndürənlər, xilasetmə qrupları və polis ərazidə dağıntılar altında qalan insanların axtarışını davam etdirir.

Partlayışın səbəbi məlum deyil.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]