ABŞ SEPAH zabitlərinə sanksiya tətbiq etdi

ABŞ SEPAH-ın altı komandiri və yüksək rütbəli üzvlərinə, İranın raket və dron proqramları üçün material və texnologiya təchizat şəbəkəsinə sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Honq-Konqda yerləşən dörd şirkət və onların Tehrandakı “Narin Sepehr Mobin İstatis” adlı şirkəti də sanksiyaya məruz qalıb.

Həmid Humayunfal, Həmidrza Ləşgərian, Mehdi Ləşgərian, Milad Mənsuri, Məhəmməd Əmin Saberian və Məhəmməd Bagir Şirinkar adlı SEPAH zabitləri kiber fəaliyyətlərinə görə sanksiyalar siyahısına daxil edilib.

Qeyd edək ki, bu sanksiya, İrana bağlı haker qrupunun Albanyanın Statistika Mərkəzinə hücumundan sonraya təsadüf edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]