Bölgənin lider dövləti: Azərbaycanın düzgün siyasi gedişləri

Bu gün Azərbaycan regionun şəriksiz lideridir. Bütün sahələrdə ön sıradan olan Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra mövqeyini daha da gücləndirdi. Mövzud durumda Cənubi Qafqazda icrası nəzərdə tutulan bütün beynəlxalq layihələr məhz Azərbaycanla razılaşdırılmalıdır. Əks halda heç bir meqalayihələrin icrası mümkün olmur. Bütün bunlar isə Azərbaycanın sosial, siyasi, hərbi və iqtisadi inkişafının göstəricisidir.
İqtisadi güc bir ölkənin dünyadakı yerini göstərən əsas amildir. Azərbaycan da iqtisadi inkişaf tempinə görə uğurla irəliləyən ölkələrdəndir. Bu günə qədər ölkə başçısının sərəncamı ilə sosial-iqtisadi inkişafla bağlı 4 proqram icra olunub. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014, 2014-2018 və 2019-2023-cü illər üzrə dövlət proqramları həyata keçirilib.
Bu Fərmanın davamı olaraq Prezidentin 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edilib. Bu proqramlar çərçivəsində 100 milyard manatdan çox investisiya qoyulmuşdur ki, bunun nəticəsində regionlarımızın siması başdan-başa dəyişmişdir.
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı, “Şahdəniz” yatağında ilk quyu istismara verilməsi, sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı.
Prezident İlham Əliyevin gərgin fəaliyyəti və ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaranmışdır. Bununla da dünyanın enerji xəritəsində yeni mənzərə formalaşmışdır.
2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı.
2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi.
Bu irimiqyaslı neft və qaz layihələri ilə yanaşı 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi.
Əlavə olaraq bildirək ki, hazırda Qarabağ və Zəngəzurda da nəqliyyat infrastrukturu üzrə uğurla icra olunan iqtisadi layihələr var və bütün bunlar gələcəkdə Azərbaycanın dünyanın nəqliyyat mərkəzinə çevirilməsində mühim rol oynayacaq.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.
Qarabağ müharibəsindən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilib və uğurla icra edilir.
Son illərdə sürətlə dəyişməyə başlayan geosiyasi reallıqlar fonunda müxtəlif regionlarda nəqliyyat zəncirlərinin qırılması, yaranan enerji və iqtisadi böhran Prezident İlham Əliyevin apardığı infrastruktur quruculuğu siyasətinin və xarici siyasət strategiyasının nə qədər uzaqgörən olduğunu sübut etdi. Məhz buna görədir ki, Qərbin bu gün Azərbaycana qarşı qərəzli münasibətinin fonunda, Qarabağın iğaldan azad edilməsində Moskva ilə əməkdaşlıq da diplomatik uğuru və uzaq görənlik kimi qiymətləndirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]