Daha bir prezidentliyə namizədin imzalarında qüsurlar AŞKARLANDI

Rusiya Kommunistləri Partiyasının sədri Sergey Malinkoviç bildirib ki, Mərkəzi Seçki Komissiyası topladığı seçici imzalarında yol verilən 5%-dən yuxarı qüsurlar müəyyən edib.

Bu barədə “Kommersant” məlumat yayıb.

“İşçi qrupunun qərarı, təəssüf ki, bizə qeydiyyat vəd etmir. Təqdim olunan protokola əsasən, onlar kifayət qədər çox səhv tapdılar, səhvlərin faizi icazə verilən həddi aşır. Yekun qərar, təbii ki, fevralın 7-də keçiriləcək komissiyanın iclasında veriləcək, ona görə də qabaqcadan mühakimə yürütmək düzgün olmazdı. Amma protokoldan görürəm ki, onların bir sıra şikayətləri var”, – namizəd deyib.

O vurğulayıb ki, prezident seçkilərində qeydiyyatdan imtina edilərsə, Mərkəzi Seçki Komissiyasının qərarına məhkəmə yolu ilə etiraz etməyəcək. Malinkoviç seçici imzalarının toplanması prosesini “çox mürəkkəb” adlandırıb və komandasının səhvlərə yol verə biləcəyini etiraf edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]