Azərbaycanlı diaspor sədrinin oğlu dostları ilə havaya atəş açdı

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporu sədri İlham Əhmədovun oğlu Kamal dostları ilə birlikdə Çerkessk küçələrində havaya atəş açıb.

Bu barədə Shot teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, gənclər dostunun toyunu qeyd ediblər və havaya avtomatlardan atəş açıblar. Bu hadisədən sonra güc strukturları Azərbaycan diaspor təşkilatı olan “Odlar Yurdu”nda yoxlamalara başlayıb.

“Yerli Azərbaycan diasporunun rəhbəri İlham Əhmədovun oğlu Kamal Əhmədov bir gün əvvəl dostlarından birinin toyunu qeyd edib. Restoranda Azərbaycan bayraqları olan bir neçə bahalı xarici avtomobildən ibarət kortej dayanıb, 10 nəfər gənc çölə çıxaraq avtomat və tapançalarla havaya atəş açmağa başlayıb. Atəş səsləri yerli sakinləri qorxudub. Nəticədə Əhmədov və onun 9 dostu saxlanılıb, polis əməkdaşına tabe olmama maddəsi ilə protokollar tərtib edilib, iş materialları məhkəməyə verilib”, – deyə Shot yazıb.(APA)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]