Oljas Bektenov Qazaxıstanın yeni BAŞ NAZİRİDİR

Oljas Bektenov Qazaxıstanın yeni baş naziri olub.

Hökumət başçısı operativ və qətiyyətli tədbirlərin görülməsinin vacibliyini bəyan edib.

“Yeni iqtisadi təkan vermək, həqiqətən operativ və qətiyyətli tədbirlər görmək lazımdır. Sənaye, neft və digər mühüm sektorlar kimi sektorlara diqqət yetiriləcək. Biz yerli istehsalın stimullaşdırılması üçün də tədbirlər görəcəyik. Qazaxıstanda istehsal olunan məhsulların payını artırmaq lazımdır. Bizim əsas vəzifəmiz yerli biznesə dəstək olmaqdır.

Qanunun aliliyinin təmin edilməsi ilə bağlı tədbirlər və əhalini narahat edən digər məsələlər daim hökumətin diqqətində olacaq. Hökumət ölkəmizin rifahı üçün işləyəcək”, – deyə parlamentdə çıxış edən Oljas Bektenov bildirib.

Qeyd edək ki, 43 yaşlı yeni baş nazir Qazaxıstan Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.(“Kazinform”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]