Bakıda tıxac yaranan yolların adları açıqlanıb.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
- Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
- Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
- Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər);
- Babək prospekti, mərkəz istiqamətində;
- Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;
- Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;
- Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.