“Qızıl Xaç“ Bakıdakı ermənilərin qohumları ilə 660 danışığını təşkil edib

Azərbaycan Ordusunun Qarabağda apardığı antiterror tədbirlərindən (19-20 sentyabr 2023-cü il) sonra saxlanılan ermənilərlə qohumları arasında 660 şifahi, video, yazılı mesaj və telefon danışığı aparılıb.

Bu barədə məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsi özünün X mikrobloqunda açıqlayıb.

Xatırladaq ki, komitə sonuncu dəfə bu il fevralın 5-də qondarma “artsaxın keçmiş rəhbərləri” də daxil olmaqla  Bakıda saxlanılan ermənilərə baş çəkib.

“Biz mütəmadi olaraq saxlanılan şəxslərə baş çəkir və onların ailələri ilə əlaqə saxlamalarına köməklik edirik”, – məlumatda deyilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]