Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edilib

Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Əliyev Yusif Sultan oğlu barədə həbs qətimkan tədbiri seçildiyi məlum olub. Yusif Əliyevə elan edilmiş ittihama əsasən, onun “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədi ilə xarici ölkələrə köçürdüyü müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib. Davam edən cinayət işi üzrə Yusif Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]