Rusiya britaniyalı məmur və hərbçilərə sanksiya tətbiq etdi

Rusiyanın Xarici İşlər Nazirliyi yüksəkvəzifəli britaniyalı hərbçi, məmur və bir neçə universitetin əməkdaşlarına sanksiya tətbiq edib.

Bu barədə məlumatı Rusiya XİN yayıb.

Sanksiya sıyahısına ümumilikdə 18 nəfər daxil edilib və onların Rusiyaya girişinə qadağa qoyulub. 

Sözügedən şəxslər arasında Britaniyanın müdafiə nazirinin müavini Ceyms Kartlic, Sualtı qüvvələrin komandanı Saymon Askvit, Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Sara Makintoş da var. 

Rusiya XİN-in məlumatına görə, həmin vəzifəli şəxslərə “Londonun qarşıdurma kursu”na cavab olaraq sanksiya tətbiq edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]