Adambaşına düşən ÜDM açıqlandı

2024-cü ilin yanvar ayında ölkədə 9131,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən (DSK)Yverilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 12,3 faiz artıb.

ÜDM istehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]