Qvardiola futbolçudan üzr istədi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hazırda icarə əsasında “Vest Hem”də çıxış edən yarımmüdafiəçisi Kalvin Fillipsdən üzr istəyib.

Mütəxəssis 2022-ci ildə futbolçunu kilolu olduğuna görə tənqid etmişdi. İndi Qvardiola bu addımına görə peşman olduğunu dilə gətirib:

“Bəli, üzr istəyirəm. Səkkiz ildən bir üzr istəmək pis deyil. Kalvin Filipsdən üzr istəyirəm. Mən həqiqətən çox üzr istəyirəm”.

Xatırladaq ki, Filips daha əvvəl mətbuata açıqlamasında bu hadisənin futbolçunun DÇ-2022-dən qayıtdıqdan sonra baş verdiyini bildirmişdi. Fillipsin sözlərinə görə, Qvardiolanın şərhləri onu hədsiz dərəcədə əsəbiləşdirib və özünəinamına mənfi təsir edib.

Bu mövsüm Kalvin bütün yarışlarda 14 matça çıxıb və 1 qol vurub.(“Daily Mail”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]