Sürücülük vəsiqəsi olmayan icra nümayəndəsi qəzada öldü

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gecə saat 1 radələrində 1985-ci il təvəllüdlü Fərrux Nazim oğlu Cabbarov Xındırıstan kəndi istiqamətində “Lada Priora” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb.

Məlum olub ki, F.Cabbarov avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə edib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, F.Cabbarov Ağdam rayonu Əlimədətli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]