“Uzaqmənzilli silahlara ehtiyac var” – Zelenski

Volodimir Zelenski Ukrayna və Polşa sərhədindəki keçid məntəqələrinin davamlı olaraq bloklanması ilə bağlı vəziyyəti gülünc adlandırıb. 

Ukrayna liderinin sözlərinə görə, düşmən artilleriyasının dayanmadan işlədiyi Kupyansk yaxınlığında Polşa ilə sərhəddən gələn xəbərlər sadəcə olaraq istehza xarakteri daşıyır.

“Hazırda cəbhənin bir neçə bölgəsində, rusların ehtiyatlarının maksimum miqdarını cəmlədiyi yerlərdə vəziyyət son dərəcə çətindir. Onlar Ukraynaya yardımın gecikməsindən istifadə edirlər və bunlar çox həssas mövzulardır. Artilleriya çatışmazlığı var, zenit müdafiəsinə və cəbhə xəttində uzaqmənzilli silahlara ehtiyac var”, – prezident bildirib.

O vurğulayıb ki, polşalı etirazçılar tərəfindən iki ölkə arasında dövlət sərhədi keçid məntəqəsinin bağlanmasına Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı deyil, siyasi proseslər səbəb olub. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]