53 nömrəli məktəbdəki hadisə nəzarətdədir – BŞTİ

53 nömrəli tam orta məktəbdə qısnamaya məruz qaldığı iddia olunan uşaq 2023-cü ilin sentyabrından VII sinfin şagird kontingentinə daxil olub. Uşaqlar arasında mübahisə yaranması ilə bağlı məsələ məktəb rəhbərliyinin nəzarətindədir.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məktəblinin nənəsinin müraciətləri nəzərə alınaraq dərs ilinin əvvəlində direktorun iştirakı ilə həmin sinfin valideyn iclası da çağırılıb:”İclasda sinifdə ciddi problem olmadığı və şagirdin sinfə adaptasiya baxımından çatinlik yaşadığı məlum olub. Bundan sonra şagirdə məktəb psixoloqu və müəllimlərin dəstək tədbirləri artırılıb. Sinif rəhbəri də 2023-cü ilin noyabr ayında daha təcrübəli müəllimlə əvəz edilib.

“Məktəb “Məktəblinin dostu” və “Şagird davranış qaydaları” layihələrinə qoşulub. Məktəbdə sağlam təhsil mühitinin qorunması üçün hər iki layihə çərçivəsində müvafiq tədbirlər həyata keçirilməkdədir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]