Aybəniz Haşımovanın qardaşı həbs edildi

Quba polisi xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı rayon ərazisində dələduzluq edərək vətəndaşlardan küllü miqdarda pul alan şəxs saxlanılıb.

Belə ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Şaiq Həsən oğlu Həşimov tutulub. O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb.

Şaiq Həşimov Polis Şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb.

Qeyd edək ki, Şaiq Həşimov xalq artisti Aybəniz Haşımovanın qardaşıdır.(Unikal)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]