Putindən müsahibə alan jurnalist Navalnının ölümündən danışdı: “Onlar axmaqdır”

Amerikalı jurnalist Taker Karlson Rusiyanın Aleksey Navalnının ölümündə əli ola biləcəyinə inananları axmaq adlandırıb.

Jurnalist “Blaze” nəşrinə müsahibəsində deyib: 

“Onlar axmaqdır, heç nə bilmirlər. Bunlar bizə Ukraynanın qalib gələcəyini söyləyən eyni adamlardır”.

Jurnalist Navalnı ilə o qədər də maraqlanmadığını qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Moskva Qərb siyasətçilərinin Navalnının ölümü ilə bağlı bəyanatlarını qəbuledilməz hesab edir, hələlik yekun məlumat və həkimlərin və məhkəmə-tibb ekspertlərinin açıqlamaları yoxdur.

Rəsmi məlumata görə, ötən cümə günü gəzintidən sonra Navalnı özünü pis hiss edib, huşunu itirib və ölüb. Qeyd edilib ki, hazırda ölümün dəqiq səbəbləri müəyyənləşdirilir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]