Təəssüf ki, Azərbaycan əsgəri yaralandı, ancaq cavab… – Makron

Paris regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri təşviq etməyə davam edəcək.

Bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.

Makron qeyd edib ki, İrəvan ərazi bütövlüyü, demokratik yol və sülh istəyi məsələsində Parisin köməyinə ümid edə bilər.

Fransa prezidentinin fikrincə, Zəngəzurdakı insident (Zəngilan rayonu istiqamətində ermənil hərbçilərin atəş açması – red.) eskalasiya təhlükəsinin hələ də qaldığını göstərir.

Makron fevralın 12-də Azərbaycan əsgərinin yaralanmasından təəssüfləndiyini bildirib.

Eyni zamanda fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin Nerkin-Hand kəndi yaxınlığındakı erməni mövqelərinə endirdiyi zərbəni qeyri-mütənasib adlandırıb:

“Fransa həmçinin Azərbaycanın qeyri-mütənasib cavabından da təəssüflənir və nəticədə Ermənistan tərəfdən 4 ölü və 1 yaralı var”.

Onun fikrincə, regionda sülhə, beynəlxalq hüquqa, suverenliyə, sərhədlərin toxunulmazlığına və ölkələrin ərazi bütövlüyünə hörmət etməklə nail olmaq olar.

Makron xatırladıb ki, Praqa görüşündə Paşinyan Almatı bəyannaməsinə sadiqliyini də bildirib:

“Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və xəritələri ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırması lazımdır ki, sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı vicdanlı iş aparılsın. Bu, öz növbəsində, hər iki tərəfdən qoşunların çıxarılması üçün əsas olacaq”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]