Kamil bu ölkələrə gedə bilməyəcək

MDB ölkələrinin heç birinə girə bilmərəm. Bunun da səbəbi müharibə vaxtı əsgərlərimizə, dövlətimizə bir vətəndaş kimi köməyim idi.

Bunu Baku TV-yə açıqlamasında bu gün səhər saaatlarında Bakıya qayıdan Kamil Zeynallı deyib.

“Müharibə vaxtı bəzi videolarıma görə 2020-ci il sentyabrın 29-da cinayət işi açmışdılar. 2023-cü ilin iyun ayında isə axtarışa vermişdilər. Amma ad-soyadımda səhvlik olduğu üçün dekabrda iki dəfə Rusiyada gedəndə məni saxlamışdılar. Daha sonra pasportumu qaytarmışdılar ki, hərflər uyğun gəlmir”, – Kamil bildirib.

Qeyd edək ki, ötən gün K.Zeynallı Moskvadan qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın CM-in 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir.

Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə K.Zeynallı ötən gün günorta saatlarında azad edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]