Navalnının arvadı siyasi karyera üçün ərinin ölümünü gözləyirmiş – Medvedev

Aleksey Navalnının dul arvadı Yuliya siyasi karyerasına başlamaq üçün ərinin ölümünü gözləyirmiş.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Navalnının dul arvadının gülən xoşbəxt üzünə baxın. Görünür, o, bütün bu illər ərzində siyasi həyatını inkişaf etdirmək üçün bu hadisəni gözləyirmiş”, – Medvedev “Ria Novosti”yə müsahibəsində deyib.

O qeyd edib ki, Aleksey Navalnı haqqında yaxşı heç nə deyə bilməz.

Bundan əvvəl Yuliya 60-cı Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı ərinin işini və mübarizəsini davam etdirəcəyini bildirmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]