Putin Baydenin təhqirinə belə CAVAB VERDİ 

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenin təhqirinə cavab verib.

Bu barədə o, “Rossiya-1” telekanalına müsahibəsində danışıb.

“Biz sizinlə bu barədə danışmışdıq. Siz məndən ABŞ-nin gələcək prezidenti kimi kimə üstünlük verdiyimi soruşmuşdunuz.

Mən isə, bizə fərqi yoxdur demişdim. Lakin, Rusiya üçün daha yaxın olan Baydendir demişdim. Onun son açıqlamaları mənim nə qədər haqlı olduğumu bir daha sübut etdi. Bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır. O, mənə “Volodya, afərin! sağ ol. Sən mənə çox kömək etdin” deyə bilməz.

Mən o vaxt dediyimi yenə təkrar edə bilərəm: Bayden ən yaxşı seçimdir”.

Qeyd edək ki, Bayden San-Fransiskoda keçirilən qapalı seçki kampaniyası zamanı Rusiya lideri Vladimir Putin haqqında kobud ifadələr işlədib.

Ağ Evin rəhbəri Putini ağıldan kəm, dəli adlandırıb.

“Bizim bu Putin və başqa qancıq uşaqları kimi dəli oğlanlarımız var və həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlim dəyişikliyidir”, – Bayden vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]