Bayden Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiqini TƏSDİQ ETDİ

ABŞ prezidenti Co Bayden Vaşinqtonun Rusiya Federasiyasına qarşı 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqləyib.Bu barədə Ağ Evdən bildirilib.Bayden bildirib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasına dəstək verdiyi üçün təxminən 100 şirkətə ixrac məhdudiyyətləri tətbiq edir.O, ABŞ-ın Rusiya Federasiyasına qarşı yeni tədbirlərin bir hissəsi olaraq enerji resurslarından gəlirlərini “azaltmaq” üçün tədbirlər görəcəyini söyləyib.Baydenin sözlərinə görə, Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə görə də sanksiyalar tətbiq edilib.“Bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, o cümlədən Rusiyanın maliyyə sektorunu, müdafiə sənayesi bazasını, təchizat şəbəkələrini və bir çox qitələrdə sanksiyalardan yayınanları hədəf alacaq”, – Amerika prezidenti bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]