Faciəli şəkildə ölən müəllimlərin FOTOSU

Xəbər verildiyi kimi, fevralın 22-də axşam saatlarında İsmayıllıda ağır yol qəzası baş verib.

Qəzada həlak olan 34 yaşlı Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. İsmayıllının Xanəgah kəndi ərazisində minik avtomobilinin yük avtomobilinə toqquşması nəticəsində xəsarət alan N.Bayramova dünyasını dəyişib.

Bundan başqa, fevralın 17-də Qazax rayonunun Qarapapaq kəndində avtomobilin vurduğu həmin kənddəki orta məktəbin ingilis dili müəllimi 1975-ci il təvəllüdlü Elmira Şıxlinski də xəstəxanada vəfat edib. Onunla birgə qəzada xəsarət alan şagird, 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovanın müalicəsi davam etdirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]