Bakının bir sıra yollarında tıxac yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
- Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyası istiqamətində;
- Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
- Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
- Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
- Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;
- Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər);
- 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.