Kəmaləddin Heydərovun yeni müavini kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib.

Prezident İlham Əliyevun sərəncamı ilə general-mayor Adil Abdullayev nazir müavini postuna təyinat alıb.

General-mayor Adil Abdullayev  21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub.

Adil Abdullayev son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.

Qeyd edək ki, fövqəladə hallar nazirin sabiq müavini, general-leytenant Nazim Məmmədov dünyasını dəyişəndən sonra (2022-ci ilin avqustundan-red.) bu vəzifə boş idi.

Hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 8 müavini var:

General-leytenant Rəfail Mirzəyev – 1-ci müavin;

General-leytenant Faiq Tağı-zadə – müavin;

General-leytenant Etibar Mirzəyev – müavin;

General-leytenant Ragim Lətifov – müavin;

Orucəli Hacıyev – müavin;

General-mayor Teymur Mehdiyev – müavin;

Tapdıq Əmiraslanov  – müavin;

General-mayor Adil Abdullayev müavin.

General-polkovnik Kəmaləddin Heydərov hazırda müavinləri ən çox olan nazirdir.(Modern)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]