“Qurban Qurbanov Azərbaycan futbolunun əfsanəsidir” – Sxadadze

“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı mənə zəng edərək vəziyyəti bildirdi. Birlikdə yaxşı işlər görə biləcəyimizi dedi. Ondan sonra gəlməyə qərar verdim”.

Bu sözləri açıqlamasında “Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı təcrübəli mütəxəssis “Qəbələ”də uğurlu ola biləcəyinə inandığını deyib: “Bu kluba hörmət edirik. Adı və ənənələri olan komandadır. İnfrastruktur əladır, azarkeşlərə, rəhbərliyə hörmət edirik. Bu çətin vəziyyətdən çıxmalıyıq. Azərbaycan Premyer Liqasını izləyirdik, bilirik ki, burada nə necədir. Dünən Bakıya gələndə özümü evdəki kimi hiss etdim. İlk oyunumuz “Qarabağ”a qarşı olacaq. Qurban Qurbanov Azərbaycan futbolunun əfsanəsidir. Yeri gəlmişkən, Azərbaycan xalqını “Qarabağ”ın Avropa Liqasında 1/8 finala çıxması münasibətilə təbrik edirəm”.(Qafqazinfo)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]