Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in Baş katibi Helqa Maria Şmid ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin X hesabında qeyd edilib.
“Tərəflər ATƏT-in gündəliyinə aid məsələləri və Azərbaycanın təşkilat çərçivəsində prioritetlərini müzakirə ediblər”, – paylaşımda bildirilib.