Gürcüstanda xərçəng xəstələri etiraza qalxdı – Baş nazirlə görüş tələb olunur

Gürcüstanda xərçənglə mübarizə aparan vətəndaşlar və onların ailə üzvləri baş nazirlə görüş tələb edirlər.

Onların keçirdiyi aksiyanın şüarı “Mən yaşamaq istəyirəm!” şəklindədir.

Mitinq iştirakçıları hökumətin xərçənglə mübarizə proqramının indiyədək xeyirdən çox problem gətirdiyini bildiriblər. Bürokratiya ucbatından xərçəng xəstələri dövlətin əməliyyat və müalicə üçün vəd etdiyi maliyyə vəsaitini aylarla gözləyirlər, həyati vacib dərmanlar satışdan yoxa çıxır.

“Həyat üçün birlik” tərəfindən bəzi tələblər irəli sürülüb. Bunlara dövlət proqramını daha çevik etmək, adambaşına 25 min lari limitini götürmək, müalicəni tam maliyyələşdirmək və dərman qıtlığını aradan qaldırmaq kimi tələblər daxildir.

Modern.az 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]