Ağır qəzada ölən Cavid vəzifəli şəxsin oğlu imiş – Foto

Martın 3-ü Göygöldə ağır qəzada həyatını itirən 26 yaşlı sürücü vəzifəli şəxsin övladı imiş.

İdarə etdiyi “BMW X5” markalı avtomobillə qəzaya düşən Cavid Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 12 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Elşən Mürsəlovun oğludur.

Bildirilir ki, hadisə Cavid toydan çıxdıqdan sonra, gecə saat 1 radələrində baş verib. Yayılan görüntülərdən sonra onun avtomobili saatda 200 kilometr sürətlə idarə etməsi və hadisə vaxtı sərxoş olması iddia edilib.

Qeyd edək ki, “BMW X5” əvvəlcə öz yolu ilə gedən maşınla toqquşub, daha sonra yoldan çıxaraq hasara və ağaca çırpılıb.

C. Mürsəlov xəstəxanaya aparılarkən yolda ölüb. Həmin maşında olan sərnişin, 26 yaşlı Ruslan Rüstəmov, “VAZ 2106”da olanlar – 22 yaşlı Orucov İdris Rahib oğlu və 22 yaşlı Orucov Ələkbər Ələsdan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan R. Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir.(“Qafqazinfo”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]