Türkiyə kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: MOSSAD-ın 7 casusu ələ keçdi

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsi keçirdikləri birgə əməliyyat zamanı İsrailin kəşfiyyat orqanına (MOSSAD) işləyən 7 casusu yaxalayıb. Saxlanılan şəxslərdən birinin televiziya kanalında səhər proqramlarına qatılan və özəl detektiv işləyən Həmzə Turhan Ayberk olduğu müəyyən edilib. Ayberk pul qarşılığında MOSSAD-a məlumat sızdırıb və aldığı təlimat əsasında Türkiyədəki Yaxın Şərqdən olan iş adamları və şirkətlər barəsində şəxsi məlumatlar toplayıb. Keçmiş dövlət məmuru və özəl detektiv olan Ayberk MOSSAD-a məlumat vermək üçün dövlət işçiləri da daxil olmaqla, şəxslərdən ibarət bir qrup yaradıbmış. MOSSAD-ın “Viktoriya” kod adlı agenti özəl detektiv Həmzə Turhan Ayberklə əlaqə saxlayıb. Ayberk ilk dəfə İsrail Məxfi Xidməti tərəfindən sadə tapşırıqlar üçün istifadə edilib. O, 2019-cu ildə MOSSAD tərəfindən Belqradda görüləcək işlərlə bağlı təlim keçib. Ayberk MOSSAD-ın rəhbərliyi altında gizli ünsiyyət proqramlarından istifadə edib. Rəsmi qeydlərdə əks olunmaması üçün o, kriptovalyuta vasitəsilə ödənişlər alıb.(Musavat)

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]