Bağça müəllimləri üçün sertifikasiya imtahanı keçirilməyəcək – RƏSMİ

Bu il üçün bağçalarda çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov brifinq zamanı deyib.

Direktorun sözlərinə görə, cari ildə yalnız məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

O bildirib ki, diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır:

“Bu nəticə tərbiyəçi-müəllimlərin əmək müqaviləsinə təsir etməyəcək. Sertifikatlaşdırmaya gəlincə isə bu il tərbiyəçi müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulmur. Sertifikatlaşdırma prosesinə növbəti ildən başlanılacaq. 2026-cı ilə qədər 17 min nəfər sertifikatlaşdırmaya cəlb ediləcək və proses tamamlanacaq”.

Eşqi Bağırov məktəbəqədər təhsildə idarəetmənin təkmilləşdirilməsi məqsədilə də tədbirlərin davam etdirilirdiyini bildirib. Onun sözlərinə görə, cari ildə məktəbəqədər təhsil müəssisələrində pedaqoji və idarəetmə heyəti üçün təlimlərin təşkili, keyfiyyət təminatı sisteminin yaradılması istiqamətində işlər aparılacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]