Rusiya Zelenski ilə Miçotakisin görüşü zamanı Odessanı vurdu

Odessada Ukrayna Prezidenti Vladimir Zelenski ilə Yunanıstan Baş naziri Kiriakos Miçotakis arasında keçirilən görüş zamanı Rusiya şəhərə raket zərbəsi endirib. Bu barədə Ukrayna lideri birgə brifinq zamanı bildirib. “Biz bu zərbəni bu gün gördük. Onlar hara vuracaqlarına əhəmiyyət vermirlər – hərbçilər, yoxsa mülki şəxslər… Mən bilirəm ki, bu gün itkilər olub, hələlik bütün təfərrüatı bilmirəm, amma bilirəm ki, ölü və yaralılar var”, – Zelenski vurğulayıb. Miçotakisin sözlərinə görə, onlar hücum zamanı Odessa dəniz limanında olublar. Zelenski və əməkdaşları limanı göstərərək, onun əhəmiyyətindən, habelə mülki gəmilər üçün dəniz dəhlizinin imkanlarını genişləndirmək üçün nəyin lazım olmasından danışıblar. “Artıq sonda sirenaların səsini eşitdik və bizə çox yaxın ərazidə partlayışlar oldu. Mühafizə olunan bir yerə getməyə vaxtımız olmadı. Ona görə də bu, çox təsiredici təcrübədir. Biz başa düşürük ki, bu müharibə hər kəsi narahat edir. Bu müharibədən kənarda qalan insanlar yoxdur. Bu müharibə heç kimə rəhm etmir”, – yunan baş nazir bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]