Uşaq bağçasının vəzifəli şəxslərinin qanunsuz əməlləri İFŞA OLUNDU

Uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bu barədə Yasamal rayon prokurorluğunun məlumatında deyilir.

Xəbərə görə, Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan bağçanın vəzifəli şəxsləri tərəfindən müvafiq məlumat bazasında adları qeydə alınmayan ümumilikdə 112 nəfər uşağa görə ərzaq məhsullarını məxaric etməklə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]