UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ” Almaniyanın “Bayer” komandasını qəbul edib.Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib.Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib.Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.***Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Bayer” oyununda hesab bərabərləşib.Patrik Şik 92-cu dəqiqədə bərabərlik qolunu vurub.Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.Hesabı 26-cı dəqiqədə Yassin Benzia açıb. Olavio Juninyo 45+2-ci dəqiqədə rəqibi növbəti dəfə cəzalandırıb. 70-ci dəqiqədə Florian Vrits fərqi minimuma endirib. Matçın yekun nəticəsini 90+2-ci dəqiqədə Patrik Şik müəyyənləşdirib.Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.***23:17Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Bayer 04 Leverkusen” oyununda hesab arasındakı fərq azalıb.Modern.az xəbər verir ki, 71-ci dəqiqədə qonaqlar hesab arasındakı fərqi azaldıb. Vits adını tabloya yazdırıb – 2:1.***22:38UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ” və “Bayer” komandaları arasındakı oyunda fərq artıb.Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün 45+2-ci dəqiqəsində Olavio Juninyo rəqibi ikinci dəfə cəzalandırıb 2:0.Bununla da birinci hissə başa çatıb.***22:14″Qarabağ” və “Bayer 04” arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda hesab açılıb.26-cı dəqiqədə Ağdam klubunun futbolçusu Yassin Benzia topu qapıdan keçirib.***21:45UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” – “Bayer” matçı başlayıb.Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə oynanılacaq.
