ABŞ-də “TikTok” qadağan edilir

“TikTok” sosial şəbəkəsi ABŞ-də qadağan edilə bilər.

ABŞ-də təklif edilən yeni qanun layihəsi ölkə vətəndaşlarının xaricilər tərəfindən nəzarət olunan tətbiqlərdən qorunmasını nəzərdə tutur.

ABŞ prezidenti Co Bayden qanun layihəsi qəbul olunacağı təqdirdə onu imzalayacağını bildirib.

Qeyd edək ki, sözügedən qanun layihəsi martın 7-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsi tərəfindən təsdiqlənib. ABŞ Konqresinin aşağı palatasının gələn həftə qanun layihəsini nəzərdən keçirəcəyi gözlənilir. Sənəd prezident Baydenə təqdim olunmazdan əvvəl Senatın da təsdiqini almalıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]