İslam vahidliyə çağırış edən bir dindir

İndoneziyada alimlər birliyi, elm adamları tərəfindən İslam dini ilə bağlı eyni fikirlər formalaşmaqdadır. Əlbəttə burada alimlərin və cəmiyyətlərin üzərinə düşən vəzifələr var. Əvvəla, inkişaf etmək üçün tolerantlıq prinsinplərinə əsaslanmaq lazımdır. İslam vahidliyə çağırış edən bir dindir və bu da cəmiyyətləri, birlikləri dərindən başa düşməyə kömək edir.

Bu fikirləri İndoneziyanın “Nahdlatul Ulama” Cəmiyyətinin İdarə Heyətinin üzvü Umniati İsmail islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən “Cinslərə görə islamafobiyanın əsası: müsəlman qadınların təqib edilməsi və müqaviməti, cins və cəmiyyət” mövzusuna həsr edilmiş aralıq sessiyada çıxışı zamanı deyib.

Qonaq ölkəsində yaradılmış “Qadın Dirçəliş Cəmiyyəti”nin də öz növbəsində həmcinslərinin səsinin eşidilməsinə xidmət etdiyini deyib. O bildirib ki, müsəlman qadınlar öz hüquqlarının qorunması üçün böyük səylər ortaya qoyurlar. Qadınlar ədalətin bərpa olunmasına çalışırlar. Cəmiyyət tərəflər arasında fikir mübadiləsi aparır, ictimaiyyət arasında qadınların rolunun artırılmasına çalışır və bütün tərəflərin sülh şəraitində yaşamasını təmin edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]