Qərbdən maliyyələşən təşkilatlar: Bu dəfə Rusiyada aktivləşib

Qərb ölkələrin özünə rəqib hesab etdiyi və ya öz maraqlarının təmin olunması üçün dövlətlərə müəyyən dairələr və təşkilatlar vasitəsilə təsir etməyə cəhd edir. Bu gün Qərbin əsas hədəfində olan ölkələrdən biri də məhz Rusiyadır. Bu gün Qərb var gücü ilə Rusiyaya bu və ya digər formada nüfuz etməyə çalışır.
Nəzərə alsaq ki, hazırda Rusiya prezident seçkilərinə hazırlaşır, Qərbin bu canfəşanlığı da təsadüfi sayıla bilməz. Qeyd edək ki, Rusiyada bu ilin 17 martında prezident seçkiləri keçiriləcək. Qərb isə Rusiya üçün ciddi strateji önəm daşıyan seçki prosesinə qeyri demokratik görüntü fonu yaratmaq üçün müəyyən dairələr və təşkilatlar üzərindən seçkilərə müdaxilə etməyə çalışır.
Söhbət ondan gedir ki, Rusiyada fəaliyyət göstərən liberal dairələrin və təşkilatların Qərb tərəfindən maliyyələşməsi ilə bağlı informasiyalar yayılır. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Beynəlxalq Russofillər Hərəkatının ikinci qurultayında çıxışı zamanı Qərbdən maliyyələşən təşkilatların təhlükəsindən danışıb.
“Qərb hər il Rusiyada və digər postsovet ölkələrində QHT və medianın fəaliyyətini maliyyələşdirmək üçün milyardlarla dollar və avro göndərir. 2020-ci ildə MDB məkanında 2 mindən çox QHT və KİV bu vəsaitlərdən istifadə etməklə fəaliyyət göstərib. Onların ora hansı gündəliyi irəli sürdüklərini başa düşürsünüzmü? Rusiya ətrafında qeyri-sabitlik kəməri ”, – deyə Zaxarova bildirib.
Bəllidir ki, Qərbin bu fəaliyyəti Rusiyada nəyinsə yaxşıya doğru dəyişməsinə hesablanmayıb. Digər tərəfdən Qərbin sponsorluğu ilə fəaliyyət göstərən liberal dairələr və təşkilatlar milli təhlükəsizliyi təhdiddir. Bu, təkcə Rusiya ilə bağlı deyil, Qərbin bu cür fəaliyyət göstərdiyi digər ölkələr də zaman-zaman bu məsələni qabardıb və bunun milli maraqlar baxımından təhlükəli tendensiya olduğunu bəyan edib.
Qeyd edək ki, bu istiqamətdə xüsusi aktivlik edən Qərb təşkilatı sırasında ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ), “Freedom House”, “Amnesty İnternational”, Beynəlxalq Respublikaçılar İnstitutu, İFES, Norveç İnsan Hüquqları Evi, SOROR Fondu kimi qurumlar ön yerləri tutur.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, adıçəkilən Qərb fondlarının fəaliyyəti bir çox ölkələrdə qadağan edilib. Bu qərarı verən ölkələrin göstərdiyi səbəb isə demək olar ki, eynidir. Hər biri bu Qərb təşkilatlarının fəaliyyətinin milli maraqlara zidd olduğunu, milli təhlükəsizliyi təhdid etdiyini göstərib. Bu isə Qərbin bu təşkilatlar vasitəsilə müxtəlif ölkələrə nüfuz etmək niyyətini açıq formada göstərən məqamdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]