Putin niyə prezident olmaq istəmirmiş – Yeltsinə verdiyi CAVAB

Rusiya prezidenti Vladimir Putin deyib ki, 90-cı illərin sonunda səlahiyyət müddəti başa çatan dövlət başçısı Boris Yeltsin onu prezidentliyə namizədliyini irəli sürməyə dəvət edəndə buna hazır olmadığını bildirib.

“Əgər o dövrə qayıtmaq mümkün olsaydı, mən yenə eyni şəkildə cavab verərdim”.

Modern.az-ın məlumatına görə, Putin bunu “Rossiya 1” telekanalı və “Ria Novosti”yə müsahibəsində deyib.

Putin o zaman niyə prezidntliyə hazır olmadığını belə şərh edib:

“Nədənsə qorxduğum üçün yox, tapşırıqların miqyası sadəcə böyük olduğundan və problemlərin sayı hər gün qartopu kimi böyüdüyündən təklifə hazır deyildim. Təkrar edirəm, nədənsə qorxmurdum. Amma bütün problemləri həll etməyə hazır olmadığımı da düşünmüşdüm. Söhbət bundan gedirdi. Ona görə də mən tamamilə səmimiyyətlə cavab verdim”.

Onun sözlərinə görə, Boris Yeltsin onun cavabından sonra söhbətə bir də qayıdacağını söyləyib.

“Və bir neçə dəfə bu mövzuya qayıtdıq. Sonda dedi ki, “mən təcrübəli insanam, nə etdiyimi, nə təklif etdiyimi bilirəm”. Mənə başqa şeylər də dedi. Yəqin ki, özümü tərifləmək yaxşı çıxmaz, haqqımda müsbət sözlər söylədi”, – Putin bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]