Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək

Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək. “Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək və buna görə də nə prosesin özünü, nə də nəticələrini şərh etməyəcək. Avropa Parlamentinin heç bir üzvünə bu seçki prosesini müşahidə etmək səlahiyyəti verilməyib”, – deyə qeyd olunub. Sənəddə vurğulanır ki, Avropa Parlamentinin hər hansı üzvü bu seçkilərlə bağlı şərh vermək qərarına gələrsə, onlar bunu öz təşəbbüsü ilə edəcək və heç bir halda öz bəyanatlarında və ya hərəkətlərində Avropa Parlamentinə istinad etməməlidirlər. Moskva dəfələrlə rusiyayönümlü partiyalardan olan avropalı siyasətçiləri seçkilərə “müşahidəçi” kimi cəlb edib. Məsələn, radikal ultra-sağçı Almaniya üçün Alternativ Partiyasından (AfD) Bavariya əyalət parlamentinin üç üzvü – Andreas Jurka, Elena Run və Ulrix Sinqer bu məqsədlər üçün Rusiyaya gediblər. Deputatların səfəri hətta öz partiyalarında da tənqid olunub.(Deutsche Welle)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]