Bu gün gözlər Almaniyada olacaq: “Bayer” – “Qarabağ”

Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulacaq.

Azərbaycan təmsilçisi “Qarabağ” da bu gün 1/8 finalın cavab matçına çıxacaq.

Komandamız Almaniyada yerli “Bayer”in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00 başlayacaq. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edəcək.

Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. 

Qeyd edək ki, “Bayer” bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır.  Leverkuzenlilər bütün turnirlər daxil 36 oyundur ki uduzmur.

Xatırladaq ki, “Bayer”lə “Qarabağ” Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Leverkuzendəki oyununda “Bayer” 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə “Qarabağ”a qalib gəlib. “Bayer” qrupdan lider, “Qarabağ” isə 2-ci yerin sahibi kimi çıxıb.

14 mart

UEFA Avropa Liqası

1/8 finalın cavab oyunu

00:00.”Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

İlk oyun – 2:2

Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə)

Leverkuzen. “Bay-Arena”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]